Birləşmiş Ştatlar və Avropa İttifaqı Qəzza zolağında münaqişənin genişlənməsinə və Yəməndə yeni müharibəyə başlamağa, ölkəni yeni Əfqanıstan, İraq və ya Suriyaya “çevirməyə” qadirdir.

Tezadlar.az xəbər verir ki, bu barədə Malayziyanın “New Straits Times” qəzeti yazır.

Qəzet hesab edir ki, ABŞ və Aİ “sionist aparteid rejiminin fələstinlilərə qarşı vəhşiliklərini görməyən” sonda Yəməndə müharibəyə başlayacaq.

“Bütün bunların harda bitəcəyini deyə bilmərik, amma bunun necə bitəcəyini insanın əlində olan bütün əminliklə deyə bilərik. Bu, başqa bir Əfqanıstan, İraq və ya Suriya yaradacaq”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, Qərb İsrailin Qəzza zolağında dinc əhalinin ölümünə görə “sistemli cəzasız qalmasına” cavab verməkdən imtina etdikcə, münaqişənin daha da genişlənmə şansı var. Nəşr vurğulayıb ki, problem Yəmən və ya İranla deyil, “İsraillə başlayır və bitir”.

“New Straits Times”-ın yazdığına görə, beynəlxalq ictimaiyyət 1967-ci il sərhədləri ilə müstəqil Fələstinin yaranmasına təminat verənə qədər Yaxın Şərqdə sülh olmayacaq. Bundan əlavə, İsrailin baş naziri Benyamin Netanyahu və onun kabinet üzvləri “müharibə cinayətlərinə görə” cavabdeh olmalıdırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN