İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS üzvündən 1,36 milyon dollar nağd pul olan çamadanlar tapıb.

Tezadlar.az xəbər verir ki, ordunun mətbuat xidməti bu barədə Telegram kanalında məlumat yayıb.

“Cəbəliyyədəki əməliyyatlar zamanı İMQ əsgərləri HƏMAS-ın yüksək rütbəli terrorçusunun evində terror fəaliyyəti üçün nəzərdə tutulmuş 5 milyon ABŞ dolları (1 milyon 363 min 846 ABŞ dolları) dəyərində pul aşkar ediblər”, - məlumatda deyilir.

İsrail ordusunun rəsmiləri həmçinin qeyd ediblər ki, pullar çoxsaylı silahlarla birlikdə çamadanlarda tapılıb. Bundan əlavə, İMQ silah infrastrukturunu hədəfə alıb və Qəzza zolağının sahil xətti boyunca quru qoşunlarına dəstək verib.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağında HƏMAS-ın ən böyük tunelini tapıb. Qəzzada tunel şəbəkəsinin uzunluğunun son hesablamada 400 kilometrə yaxın olduğu dəqiqləşdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN