Dekabrın 18-də səhər saatlarında Sankt-Peterburqda bir nəfər başına evin damından buz parçası düşməsi nəticəsində dünyasını dəyişib.

Məlumata görə, hadisə səhər saat 5 radələrində Meçnikov prospektindəki evlərdən birinin yaxınlığında baş verib.

“Növbətçi məntəqə ilə əlaqə saxlayan hadisə şahidi bir nəfərin küçədə qarın içində yatdığını söyləyib”, - şahid bildirib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları kişinin öldüyünü müəyyən ediblər.

Hazırda hadisənin baş vermə şəraiti və mərhumun şəxsiyyəti müəyyənləşdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN