Gürcüstan Rusiya ilə gizli danışıqlar aparmır. İki ölkə arasında bu cür qarşılıqlı əlaqəni Gürcüstan nümayəndə heyətinin və Rusiya nümayəndələrinin də iştirak etdiyi “Bir kəmər - bir yol” forumunda iştirakı ilə əlaqədar parlamentdə çıxışı zamanı baş nazirin müavini, respublikanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili təkzib edib.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Onun sözlərinə görə, Gürcüstan yarandığı gündən bu təşəbbüsün iştirakçısıdır. Bir çox Avropa İttifaqı (Aİ) ölkələrinin üzvü olduğu təşəbbüsdə Rusiya Federasiyası da demək olar ki, həmişə iştirak edib.

“Əgər kimsə təsəvvür etmək istəsə ki, bu gün Gürcüstan hakimiyyəti hər hansı şəkildə ölkənin maraqlarına xələl gətirir və cəmiyyətdə yanlış şəkildə yayılan hansısa gizli dialoq aparır, mən birmənalı və birbaşa deyə bilərəm ki, bu belə deyil”, - Davitaşvili bildirib.

Bundan əvvəl Kreml Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinin Rusiyanı bezdirmək üçün zəruri olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aİ-yə daxil olmaq istəyinin Gürcüstan üçün suveren məsələ olduğuna aydınlıq gətirib, eyni zamanda, bu qərarın siyasiləşdirilməsini qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN