Moskvada tələbə müəmmalı şəraitdə ölüb. Onun meyiti Boris Qaluşkin küçəsindəki yataqxanada yorğan altında çarpayıda yatmış vəziyyətdə tapılıb.

Bu barədə REN TV-dəki mənbə məlumat verib.

Polisə Moskva Politexnik Universitetində oxuyan 21 yaşlı tələbənin anası oğlunun bir neçə gündür ki, onunla əlaqə saxlamadığını bildirən ifadə verib.

"Otağına baxış zamanı onun zorakı ölüm əlamətləri olmayan cəsədi tapılıb. Otaqda nizam pozulmayıb. Həkimlər ölümün aşkarlanmasından iki gün əvvəl baş verdiyini müəyyən ediblər", - telekanalın həmsöhbəti bildirib.

Oğlanın anası onun spirt və ya qanunsuz narkotik içmədiyini, əksinə, idman həyat tərzi sürdüyünü əmin edib. Hazırda tələbənin ölüm səbəbi müəyyənləşdirilir.

Bu faktla bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN