Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar, vəhşiliklər...

 Tarixin müxtəlif mərhələlərində, xüsusilə 1918-1920 ci illərdə ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər, kütləvi qırğınlar, soyqırımlar haqqında danışılarkən, nədənsə daha çox Bakı ətrafı kəndlərdə, Quba,  Şamaxı, Göyçay bölgələrində törədilən qırğınlardan söhbət  açılıb, tarixçi alimlər  bu istiqamətdə tədqiqatlar aparıblar. Bunun nəticəsidir ki,  Qərbi Azərbaycanda, Naxçıvanda, Qarabağda  xüsusilədə  Zəngəzurda törətdikləri kütləvi qırğınlara az diqqət yetirilib, az qala unudulmaq dərəcəsinə gəlib çatmışdır. Bütün bunlar uzun illər məni narahat etmişdir. Əldə etdiyim məlumatları sistemə salmaq, hadisələrin canlı şahidləri olan el ağsaqqallarından  eşitdiklərimi qələmə alaraq müasirlərimizə və gələcək nəsillərə çatdırmaq qərarına gəldim. Gəlin şahidlərin dediklərini dinləyək:

İrəvanlı Həsən Məhərrəmoğlunun  dediklərindən:

-Mən, 1902-ci ildə İrəvan şəhərində Yusif  küçəsindəki 24 nömrəli  evdə dünyaya gəlmişəm. Uşaqlıq və gənclik illərim orada keçib. İrəvan və onun ətrafı xalqımızın qədim yaşayış məskənlərindən biri idi. Hələ uşaqlıq illərindən eşitdiklərim və sonralar canlı şahidi olduğum hadisələr göstərir ki, İrandan, Turandan torpaqlarımıza köçürülmüş ermənilər üzdə üzümüzə gülüb, daldada da qaramızı yamanlayır, ayağımızın altını eşirdilər. Öz əlimizlə öz başımıza oyunlar açırdılar. "Böyük Ermənistan" yaratmaq xülyasına düşürdülər. Saxtakar erməni tarixçiləri öz uydurmaları ilə başları dumanlandırır, erməni xalqının qədimliyi baradə yalanları həqiqət kimi gözə soxmağa çalışırdılar. Yalanları bizim də beynimizə yeritmək istəyirdilər. İrəvan adının yaranması da, İrəvanqulu xanın adı ilə bağlıdır. İrəvan xanlığı Azərbaycanın 9 xanlığından biri olması və əhalisinin azəri-türklərindən olması da hamıya bəllidir" Bizə məlum olan budur ki, 1390-cı ildən 1828-ci ilə qədər, 500 ilə yaxın bir dövrdə Hökmdarlığı  azəri türkləri idarə edib. Erməni akademiki Ohanesyanın yazdığına görə 18-ci əsrin sonunda  İrəvan şəhərində yaşayan əhalinin 75% azərbaycanlılar, 25% isə erməni  və qeyri millətlər olublar. 1828-ci illərdə İrandan, Turandan gələn erməniler "Özümə yer eləyim, gör sənə neyləyim" əməli ilə işə girişiblər. Onlar yerlərini möhkəmlətdikcə torpaq iddiaları da artırdı. Həsən müəllim sözünə davam elədi: "Bununla belə hələ əsrin əvvəlində şahidi olduğum bəzi məsələlərdən söhbət açmağı lazım bilirəm, 1920-ci ildə İrəvan şəhər adlansa da, böyük olmayan qəsəbəni xatırladırdı. Zəngibasar tərəftən şəhərin girəcəyində dəmir yol vağzalı vardı. Şəhərlə vağzal arasında 3-4 km məsafədə bütün günü sərnişin daşıyan faytonçuların səsi eşidilirdi. O vaxt şəhər Şərq libasını saxlayırdı. Şəhərdən Dəlmə və Sərdar bağlarına gedən yol Zəngi çayının üstündəki Şah Abbas körpüsündən keçirdi. Şəhərin məhəllələri belə adlanırdı: - Təpəbaşı, Hacı Novruzəli, Körpüqulağı, Dəmirli bulaq, Şirəçi, Müsəlmən çarşısı. Yadımdadır belə mahnı da oxuyurdular.

İrəvan çarşı bazar,

İçində qızlar gəzər.

O ərazidə 2 kavansara, 2 hamam, 10 məscid – Şah Abbas Məscidi,1770-i ildə inşa edilmiş Göy Məscid, Körpüqulağı Məscidi, Kümbəzli Məscid,  Zilxan Məscidi, Şah Məscidi, Hüseynəli Məscidi, Novruzəlı  Məscidi, Günlüklü Məscid, Təpəbaşı Məscidi əhaliya xidmət edirdi. Sadaladığım məhəllələrdə azərbaycanlılar yaşayırdılar. O ərazida erməniyə məxsus bir dənə də olsun yer-yurd adı yox idi. Erməni tarixçisi Hrand  Mardrosyan yazırdı: -1829-cu ildən 1899-cu illərdə kənd və şəhərlərin adı 95%  azərbaycanlı adı olub.  İndi o abidələrdən Göy məscid qalır , qalanları ermənilər tərəfindən yer üzündən silinib. Bizə məlum olan budur ki, 1390-cı ildən 1828-ci ilə qədər, istər Xanlıq, istərsə əvvəllər  500 ilə yaxın bir dövrdə Hökmranlığı azəri türkləri idarə edib.  Bu ərazilərin hamısı Qədim Azərbaycan torpaqlarıdır.

 Rusiyada hər hansı bir çevriliş olan kimi ermənilər ondan  yararlanmağa çalışmış və istədiklərinə nail olmuşlar.

XX  əsrin əvvələrində də ermənilər azərbaycanlıları məhv etmək məqsədiylə nizami ordu yaratmağı qərara aldılar. 1917- ci ilin may ayında Rusiya müvəqqəti hökümətinin başçısı Kereniskinin yanına adam göndərib  xahiş etdilər ki, rus ordusunda olan erməni əsgər və zabitlərinin buraxılmasına icazə versin. Həmin əsgər və zabitlərin köməyi ilə yerli ermənilərdən könüllülər toplayıb türklərə  qarşı vuruşan ordu yaratsınlar. Onlar Kerenskindən  həm də  silah-sursat istədilər. Rusiya müvəqqəti hökümətinin başçısı ermənilərin bütün tələblərini yerinə yetirdi. Ürəklənən ermənilər 35 min nəfərlik qoşun korpusu yaratdı. General T. Nazaryan ümumi komandir təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hansı diviziya hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv etmələri planlaşdırıldı.  General Andranik  Ozanyan Naxçıvan, Zəngəzuru və Qarabağın dağlıq hissəni,  General Arışyan, Dro Qanayan, Nişde  Qarağın (onlar 1905-ci il erməni-müsəlman davasında  Qarakilsədə  (Sisyanda)  Qəzər Ştepanyansın dəstəsində azərbaycanlıllara divan tutublar). İrəvan, Irəvan ətrafı, Zəngibasar, Eçnuədzin, Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində,  Polkovnik Silikov Silikyan Göyçə gölü ətrafı bölgələrində yaşayan bütün azərbaycanlıları qırıb məhv etməli idi. General Arışyanın, Dro Qanayanın diviziyası İrəvan və şəhərətrafı azərbaycanlıları qırmağa başladılar. Irəvanda yaşayan azərbaycanlıları ermənilər qapı-qapı düşüb, qapını sındırıb, kişiləri bir tərəfə, arvad-uşaqları o biri tərəfə aparırdılar. Kişiləri güllələyirdilər.

İrəvan sakini, uzun illər  məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun  dediklərindən:

-Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar. Arvad-uşağın çığırtısı bütün dərəni götürürdü. Damlar yanır yanğın sönənə qədər inilti, sızıltı səsi kəsilmirdi. Bu qəddar diviziyanın əsgərləri İrəvan ətrafı rayonlarının- Vedibasar, Zəngibasar, Qəmərli, Qurtqulu kəndlərinin əhalisini qırmış, evləri yandırmışdılar. Qəmərli rayonunun 28 azərbaycanlı kəndi -Cigdamlı, Ağhəmzəli, Sabunçu, Məsimli, Cənnətli,  Seyidlər kəndlərinin camahatını ermənilər qırmış və sonra  damlara yığıb yandırmışdılar. Dro  Qanyanın dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüş və başqa bir neçə kəndin camaatını qırmış, bir hissəsini dağlara qovmuş, onlar da dağda borana düşüb qırılmışdılar. Kənəkir rayonunun 40 kəndini elə qırmışdılar ki, bir nəfər də sağ qalmamışdı.

Hüseyn Abbasoğlunun söhbətindən:

-İrəvandakı qırğın zamanı şəhərin bütün adamları qaçıb Göy məscidə Allah evinə dolmuşdular. Uluxanlı kəndinin camaatını  Dəvəli stansiyasından Azərbaycana gedən qatarın 4 vaqonuna doldurub elə orada da hamısını qırmışdılar. Qəbirstanlığa gələn meyidlər şişib qoxumuşdular. Onların basdırılmasını Iran konsulluğu təşkil etdi. Bu qırğınlar Dərələyəzin Paşalı, Kotanlı, Her-her, Bulaqlar, Daylaxlı, Çaykənd, Terp, Köşbək, Cul, Komur, Safoylu, Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz, Qovşuq, Ayısəsi, Qabaqlı, Qaraçay, Alxan və başqa kəndlərinin əhalisini Dro və Qaragen  Nijdehin adamları damlara doldurub yandırmışdılar. Onların var-yoxunu da talan etmişdilər.

-Dronun quldur dəstəsi Dərələyəz zonasında 50-dən çox azərbaycanlı kəndini viran qoymuş, əhalisini qırmış, damlara doldurub yandırmışdılar.

Göyçə mahalına hücum edən Silikov-Silikyan  Basarkeçər rayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin əhalisini yandırıb qılıncdan keçirəndən  sonra Zod kəndinin hörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar (bir xalvar 25 pud taxıl tutan ölçü  qabıdır) taxıl tələb ediblər. Səməd ağa bu tələbi rədd  edib. Ermənilər hücum edib kəndi yandırıb, əhalisini qırıblar. Səməd ağanı diri tutublar, gündə 2 dəfə çılpaq kürəyinə qaynar samovar bağlayıblar. Əslən Şamaxılı olan daşnak Ağacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyib və Kərkidaş kəndinin altında olan qayanın dibində basdırıb.

soyq-1

Basarkeçər rayonu , Çamırlı kənd sakini İmanqulu kişinin dediklərindən:

-1918-ci ildə qışın lap qarlı-boranlı günlərində 6 nəfər erməni gəlib dedilər ki, bütün kişiləri pristav çağırır. Ev-ev bütün kişiləri yığdılar. Mən bizim evin yanında olan zağada gizləndim. Aparılan kişilərdən xəbər çıxmadı. Sonra ermənilər gəlib qadınları-uşaqları damlara doldurub yandırdılar. Basarkeçər rayonunda 40-dan çox azərbaycanlı kəndi var idi. Silikov-Silikyanın quldur dəstəsi Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlara doldurub yandırmışdılar. Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, Qızıl Xaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üz tutdular hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinə xüsusi tapşırırdı:- Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlarda qırılsınlar  meyidlərini qurd-quş yesin.

Göyçə gölü ətrafında olan kəndlərin əhalisini, Bəyazıt rayonunun əhalisini qışın oğlan çağında qayıqlara doldurub, gölün ortasında gölə töküb qırmışdılar. Həmin qırğınlarda iştirak edən A. Papyan ermənilərə fəxrlə deyirmiş:

-Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları, azərbaycanlıları qırıb tökdüm, hərdən adamın gülləyə heyifi gəlirdi bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurub üstlərindən ağır daşlar tökdürürdüm. Onlardan heç biri indi sağ qalmaz. 

1918-ci ildə Qərbi Azərbaycanın 575 min azərbaycanlı əhalisindən 1920-ci ilin noyabrında burada ancaq 12min azərbaycanlı qalmışdı. 563 min soydaşlarımız erməni vəhşiləri tərəfindən məhv edilmişdi. Nəhayət  “Daşnaksütyun”  partiyasının tapşırığı ilə Andronik Tarosoviç  Ozanyan Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi. Nəticədə onlar Bərdədə görüşməli idilər. Andronik Tarosoviç  Ozanyan kimdir? Elə birbaşa quldurbaşı, qəddar, vəhşi, amansız  desəm  yanılmaram.

O, 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah  qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yığıb küllü miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib və  onlar arasında ədavəti qızışdırıb. Dişini Avropa dövlətlərinə, türk dünyasına qıcayan, ələxsus Qara dənizə göz dikən rus çarı özgə torpaqlarda gözü olan quldur dəstəsinə quldur, daşnak lideri Andronik Tarosoviç  Ozanyanı da qoşub. Özündən güclüyə quyruq bulayan Andronik özünü fəal göstərdiyi üçün çar hökuməti bildirir ki, Andronik kimi oğulları olan xalqa hər şey, hətta “Böyük Ermənistan”ın gələcək hökümdarı olmaq da halaldır. Deməli, erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində Türkiyənin şərqi-Ərzurum, Sarıqazamış, Qars və Vangölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib “Böyük Ermənistan” yaradacaq və  Andronik Tarosoviç  Ozanyan da oranın hökmdarı olacaq.

Lakin həm erməni quldurlarının, həm də çarın  “Böyük Ermənistan”  yaratmaq arzuları  gözlərində  qaldı. Avropa dövlətlərinin xüsusi ilə də İngiltərənin işə qarışması nəticəsində  Əbdülhəmid  bu fürsəti əldən vermədən Türkiyə hüdudlarında fəaliyyət göstərən bütün erməni quldur dəstələrini darmadağın edir, Andronikin qulağını kəsir.  Amma iki erməni  fahişənin fəallığı və erməni qayğısı ilə Andronik  türklərin əlindən qaçıb qurtarır. (Babam Kərbalayı İsgəndər danışırdı).

Türk əsgərləri erməni qızlarını  özlərinə aşiq etmişlər. Həmin fahişələr əsgərlərin danışığından mətləbi tuturlar,  Andronikin yerini öyrənirlər və qaravulçuları ələ almaqla, yumşaq yerlərini onların qucağına qoymaqla, Tayqulağı azad edirlər. Andronik  əvvəl Bolqarıstana qaçır, 1912-14-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddər silahsız, dinc türk əhalisinə divan tutur. 1914-15-ci ildə Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Həmin vaxt ruslara Andronik kimi quldur hava və su kimi lazım idi. Türkiyə ərazisində erməni könüllərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüllüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars, Sarıqamış və Ərzurumda vuruşur və türk əhalisinə divan tuturlar. Lakin bu savaşda da məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devrildiyini general  Baratovun geri çəkildiyini görüb rusların silah-sürsatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S. Şaumyanlaəlaqı yaradan daşnak Andronik “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, “Məni Naxçıvana rəhbər təyin ediblər” Andronik Stepan  Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları  yığır. Onun bu hərəkətləri, fəallığı S. Şaumyana xoş tədir bağışlayır və Androniki “xalq qəhrəmanı” adlandırır. O, bolşevik  lideri Vladimir İliç  Leninə belə bir teleqram  vurur:

“AndronikOzanyan Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə kömək lazımdır”.

Teleqram  V. İ. Leninə çatar-çatmaz daşnak  “əlavə köməyi”  təşkil edir.

1918-ci ilin mart ayının 10-da Qərbi Azərbaycanın  Ləmbəli bölgəsindən olan milis (polis) işçisi Mustafa  Əfəndiyev İrəvandan  Naxçıvana  gedən qatarda yoxlama apararkən xeyli silah-sursat-60 plemyot, saysız-hesabsız patron aşkar edir.  Burada atışma başlayır, ölən və yaralanan olur. Mustafa  Əfəndiyev həbs olunur və onun taleyi bu gün də məlum deyil. Şaumyan  daşnağın qeyd etdiyi  “Əlavə kömək” azərbaycanlıları qırmaq üçün Andronikə göndərilən silah-sursat idi. Şaumyana beli bağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı, Camaldin, Əbrəqunis,  Ərəzin, Çeşməbasar kəndlərini talan edir, od vurub yandırır, əhali dədə-baba yurdundan didərgin düşür. Evlər, məscidlər, örüşlər, yamaclar, zəmilər odlara qalanırdı.

Naxçıvan Muxtar  Respublikasının  Əbrəqunis  kəndində yaşayan İslam Qurbanovun 1965- ci ildə mənə danışdıqlarından:

-Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimizi qılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olan adamların, el qəhrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyirləyirdilər. Süleyman adlı Ordubad rayonun Tivi kəndindən bir qoçaq adam əmələ gəlmişdi. Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq Süleyman  qorxu  bilməz  oğullardan  25 nəfər başına yığıb dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarına divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. Qaçaq Süleymanın dəstəsi Tivi dağlarının ətəklərində Bülöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək Ərəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ  təpələrindən daşnakları top atəşinə tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanına düşür. Türk qoşunun zərbəsini görmüş Andronik  öz  əsgərlərinə qaçmaq komandası verir. O, çox vaxt erməni dilində danışırmış. “Ara, Şudarapaxenq, torkeriyeqab”  (Ədə, tez olun qaçaq, türklər gəldi.)  O, ildırım sürəti ilə dağıara çəkilir.

soy-2

Bu quldur dəstə Sisiyan mahalına çəkilərkən Ordubad rayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi, Nəsiraba, Bülöv kəndlərindən keçib Qıpıcıqdan Zəngəzura aşmağa tələsən quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın “dostu” Hayrik adlı erməni yaşayır. Andronik Hayriki ələ alır. Bir atalar sözü var:  “İt itin ayağını, bastamaz. O it, o itin dayısı, haya gedər hamısı!” məsələni elə qurur ki, Hayrik qonaqlıq təşkil etməli və Süleymanı qonaq çağırmalı olur. Həmişə bizim el qəhrəmanlarını Qaçaq Nəbini, Babəki, Qaçaq Qardaşxanı, Keçili Qaçaq Təhməzi xəyanətlə güdaza verən erməni olmayıbmı? Indi də belə deyilmi?

Yeni-yeni böyük cinayətləri bu gün törədən anası erməni milliyətindən olan “qan qardaşlarımız” deyilmi? Nə isə Hayrikin  vasitəsiylə Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman və onun dəstəsinin boynu vurulur başları dərənin dibinə yuvarlanır. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına fərqinə varmadan güllələmiş, Yayıcı kəndin 2500 nəfər əhalisini qılıncdan keçırıb, meyidləri Araz çayına atmışlar. Ümumiyyətlə, Naxçıvan bölgəsində Süleyman kimi Kəblalı xan, Cəfərqulu xanın oğlu, Kəngərli, Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanları olmasaydı, türk ordusu gəlməsəydi daha böyük dəhşətli faciələr olardı:

Mirzə  Cabbar Baxçabanın  dediklərindən:

-“1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindən çox insanı qətlə yetirmişlər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçmışdılar. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. İran azərbaycanlıları Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı”.

Andronik  Ozanyan  Naxçıvandan  Zəngəzura aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur,  xeyli itki verir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı ömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edib.

Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırdılar- Bazarçay boyunca yerləşən kəndləri Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyub əhalini qırırlar.

Andronikin quldur dəstəsi Qarakilsənin  (Sisyanın)  31 kəndini xaraba qoyub, əhalini qırıb. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Qızmış buğaların üstünə neft töküb od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıb şilküt edib. Sonra qəddar ermənilər məscidin damını  söküb içəri küləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüb. Bakı-Şamaxı ssenarisi kimi insanları ən çox Allah evlərində-məscidlərdə məhv ediblər. Andronikin quldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərin kalafalarında qazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəllə sümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaraları kahaları, qayaların araları insan sümüyü ilə dolu idi.

Qarakilsənin  Şükar  kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən:

-Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinə düşür. Elə də edir. Gavur əlinə düşməsin deyə övladlarını özü vurur. Eldəniz də nişanlısını aparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar və belə şərt qoyurlar:

- Get nişanlın Gövhəri gətir  ver bizə, səni  buraxaq. Eldəniz onlara ağır sözlər deyir. Dığalar onu aparıb “Toxluqayanın” dibində doğrayırlar. Atam Şamil ermənilərə əsir düşür. Onu Qarakilsənin həbsxanasında saxlayır, işgəncə verirlər. Arsen adlı erməni atama zülm eləyib. Ətlə dırnağın arasəna iynə  yeridib, barmağını qapının arasında qoyub sıxır, sol ayağını nallayır, qaçaqların yerini ondan öyrənmək istəyirlər. Atam onlara sirr vermir. Axırda atamın sağ baldırının dərisini soyur, yerinə duz səpir həməyir keçilərə yalatdırırlar. Sonra aparıb “Göyuçqun” qayasından atırlar.

Təxmini hesablamalara görə quldurlar kəndimizdən 2 min baş qoyun, 975 baş qaramal, saysız-hesabsız dana-buzov aparıblar. Vəhşi ermənilər zəncirli itləri, hörüklü atları öldürməyiblər ki, türklərə məxsus olan heyvanlar işgəncə ilə ölsünlər: 377 nəfəri qayadan töküb qırıblar. Andronikin quldur dəstəsi 1918-ci ildə Ağdü kəndinin 1122 nəfər əhalisindən 824 nəfərini vəhşicəsinə məhv etmişdilər. Ümumiyyətlə,  Zəngəzur qəzasında erməni hərbi birləşmələri 1918-ci ildə  azərbaycanlılar yaşayan 115 kəndi məhv etmiş, 7729 nəfər azərbaycanlıları, o cümlədən 3257 kişi, 2276 qadın, 2196 uşağı vəhşicəsinə öldürmüşdülər.

Andronik Zəngəzurun qərbini talan etdikdən sonra 1918-ci ilin payızında Tat kəndinə hücum edir. (Tat kəndi Laçın rayonunun ərazisindədir.) Andronikin vəhşiləşmiş dəstəsi kəndi mühasirəyə alır. Quldurbaşı üzünü özü kimi qaniçən, qəddar, başkəsən dığalara  tutur”.

 

-Qaytaqanlar (qaçqınlar)! Mən sizin vəziyyətinizi bilirəm yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəldiniz. Mən orda sizin qisasınızı türklərdən ala bilmədim, lakin bu Zəngəzurda yaşayan türklərə aman yoxdur. Gərək daş-daşın üstündə qalmasın. Bir erməri ölsə, 10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir. Bu kənddən bir nəfər sağ çıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməni quldurları tərəfindən ağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat kəndində törətdikləri dəhşətli faciəni ağıla  sığışdırmaq olmur. Azyaşlı uşaqların başını kəsib, qanını xüsusi qablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzüb içirmişlər. Sonra kəndin adamlarını əsasən qadınları, uşaqları samanlığa doldurub diri-diri yandırıblar. Tat kəndində hamilə qadının qarnını yırtaraq körpəni yanan təndirə atıblar.

Körpə uşaqları buqadları qələm vurulmuş ağaclara qarnı üstə keçirib, onların ağlamasından həzz alırmışlar. Andronik  Ozanyan qəlbi  (hündür)  yerdə oturub meydanda lüt kürəklərinə  qaynar samovar bağlamış adamların hərəkətlərindən ləzzət alırmış.

Daşnak Tayqulaq Zəngəzur mahalının qərb hissəsini işğal edəndən sonra Qarabağa keçmək eşqinə düşür. Yerli erməni nankorlarının köməyi ilə heç bir maneyəyə rast gəlmədən Minkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Xülasə, yerli daşnak törtöküntüləri  Androniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağzı arana yatanda barxanasını bağlayıb və köçürlər. Onların nəzərdə tutduqları maneyə Kürdüstanın bəyi-Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən dığalar Androniki tamam arxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışıb təsərrüfata. Bəli, Andronik hərbi sursatını gətirib yığlr Qaragölün ərtafına, gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək idi.

Qışda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral, ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçu Soltan ovçuluqdan tanındıqları üçün onlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərində hərbi sursatı görüb şübhələnirlər. Ovçular ov etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə:

-Bəy, başın qarışıb təsərrüfata düşmən gəlib oturub çənənin altında. Onlar gördüklərini yerbəyerdən Soltan bəyə çatdırdılar. Soltan bəy qəzəblənir və deyir:

-Mən bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası bütün Zəngəzuru bürüsün.

Qısa arayış: Soltan bəy Soltanov  1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında  (Kürdhacı kəndində)  anadan olmuşdur. Atası Paşa bəyin, babası qatırçı Muradın var dövləti adla deyilərmiş. Paşa bəy bədahətən şeir deyən, müdrik el ağsaqqalı, müdrik kəlamlar işlədən dünya görüşlü adam olub. Soltan bəy ilk təhsilini Şuşada, Tiflisdə sonra Sankt-Peterburqda mükəmməl təhsil almış, hərbi akademiya bitirmişdir. Soltan bəyin məzarı hazırda Türkiyənin Köçqoy kəndindədir. Soltan bəy Zəngəzurun, ümumilikdə azərbaycanın igid oğludur.

Təsərüfatı çox sevdiyindən orduda xidmət etməyib gəlib öz doğma kəndində böyük pendir zavodu tikdirib və zavodun avadanlığını Almaniyadan gətirib. Zavodda hasil olan məhsul-yağ, pendir, xama, qaymaq bütün Şərqdə məhşur imiş. O, Avropa və başqa Şərq dövlətləri ilə ticarət əlaqələrinə girir və rus ordusunu yağ,  pendirlə təmin edir.

Bu bəd xəbəri eşidən kimi Soltan bəy qüvvələri səfərbər edir. İşi belə görən Andronik Soltan bəylə sazişə girmək fikrinə düşür. Din xadimlərinin toxunulmazlığından istifadə edən daşnak Andronik keşiş Mesropu Soltan bəylə görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə arxasından söhbət edərmiş. Keşiş Andronikin göndərdiyi məktubu Soltan bəyə təqdim edir.

Məktubun məzmunu belə olur:

“Soltan bəy,  bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təmin etsəniz, Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik Paşa”.

Soltan bəy ağıl dəryası imiş. O, keşişə deyir  ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı “Paşa” sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini təmin etməyə, bizə 20 qatır yükü silah lazım olacaq. Danışıqlarımız baş tutsa işarəmi gözləyin. Amma bütün silahları, topları, plemyotları söküb qatırlara yükləyin, üstünü də basdırın diqqəti cəlb etməsin. Bu yerlərin dəliqanlı igidləri şuluqluq salar, biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd işlətməklə bir gecənin içində düşmənin silah yüklü 170 qatır karvanının ağzını Kürdhacıya döndərir. Andronikin quldur dəstəsini, nizami ordusunu Zabığın dərəsində darmadağın edir. Çıxış yolu tapmayan quldur Andronik  Ozanyan keşişi öldürür, libasını geyinir. 5-6 yaşında bir uşağın əlindən tutub bəyə tərəf gedir.

Qələbədə məğrurlaşan Soltan bəy:

-Keşiş, hardan gəlib, hara gedirsən?

Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə:

-Bəy, başına pırlanım, bu uşağa hayıpım gəlir, azıb eyləyər, aparıb ötürüm.

O, hiylə ilə xaç çevirir, “astvasa” (Allaha) da xoş gələr, deyir.

Soltan bəy qılçını aralayır və deyir:

-Keşiş, gəl keç.

Andronik bəyin paçasının arasından keçib gedir. Bir azdan əsgərlər xəbər gətirirlər ki, Andronik keşişi öldürüb paltarlarını geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub:

-Əzizlərim, Türkiyədə türklər onun qulağını kəsiblər. Burada  da mənim qılçımın arasından keçib. O bir daha Azərbaycana qayıtmayacaq.

Doğrudan da, elə olur. Zabığ  məbluğiyyətindən sonra Andronik 30 nəfərlə gedib çıxır Üçməzdinə. 1923-cü ildə gedib Bolqarıstana. Oradan da özünün iki öğlunu götürüb qaçır Amerikaya və 1925-ci ildə orada gəbərir. 1927-ci ildə Fransada yaşayan daşnaklar onun sümüklərini Parisə köçürürlər. 1990-cı ildə millətçilik, şovinistlik tərbiyəsinin gözünə qatmaq üçün onun qəbrindən bir ovuc torpağı Yerevana göndərmişdilər. Biz isə erməni daşnaklarının fitfası ilə Soltan bəy kimi el oğlunu “Xalq düşməni” çıxartdıq, nəslini sürgünlərdə çürütdük.

Ruhun şad olsun, ay Soltan bəy! Əmanət qoyub getdiyin torpaqları işğaldan azad edə bildik . Ümumiyyətlə, 1918-ci ildə 50 mindən çox soydaşımız qətlə yetirilib, 20 min nəfər dinc əhali yaralanıb, 50 min adam əlil olub, 4 min əsir və itkin düşmüşdür, 811 kənd, şəhər, qəsəbə  Yer  üzündən  silinmişdir.

1988-ci ildə erməni işğalçıları tərəfindən qəsb olunmuş Azərbaycan torpaqları öz sahiblərini soraqlayır. Dağlıq Qarabağın işğalına qədər Qərbi Azərbaycan ərazisində etnik təmizlənmə aparılması nəticəsində , qışın oğlan çağında zorla qovulan Azərbaycanlıların sayı 250 mindən çox idi. Onlar öz tarixi etnik torpaqlarında son nəfəsinə kimi deportasiya olundu. Azırbaycan Qaçqınlar Cəmiyyəti və Respublika Prokrorluğunun məlumatında deyilir:

1988 -ci il noyabr ayının 28-dən,  dekabr  ayının 8- dək Qərbi Azərbaycanda  kütləvi sürətdə azərbaycanlılar  yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldarcasına basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif  işgəncə ilə qətlə yetirmişlər. Öldürülənlərdən  57 nəfəri qadın 5 nəfər körpə uşaq 18 nəfər müxtəlif yeniyetmələrdən  ibarət olmuşdur. Həmin dövrdə Azərbaycanlıların 400 dən çox yük maşını qarət edilmiş , 25 min ailənin əmlakı talan olmuş 40897 azərbaycan ailəsi , 250 min azərbaycanlı öz dədə - baba torpaqlarından məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından  məhrum olmuşdular . Bununla belə 1988 ci ildə Spitakda baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə göndərilən sərnişinləri azərbaycanlılardan ibarət olan “İL-76” təyyarəsinin vurulması 79 nəfərin həlak olması , ermənilərin azərbaycanlılara qarşı törədilən terror əməliyyatının həyata keçirilməsi idi.

Bəs biz neylədik, 20 sentyabr 2023-cü ildə ? ... Haylardan bir nəfər mülki şəxsin burnu  da qanamadı ...  Bu bizim kişiliyimiz,  o  da  onların nakişiliyi!

Ümumilli liderimiz Heydər Əliyev tariximizin faciəli səhifələrindən danışarkən qeyd etmişdir: “Soyqırım və deportasiya prosesi mərhələlərlə müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata keçirilmişdir. Sərsəm “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta iddeoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi  Türk  və Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyyəolunmuşdur...

Soyqırım  Azərbaycan  xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırım siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir...

Bu hadisələri, onların dərdlərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Dünya ictimai fikrinə ermənilərin məkirli siyasətini, azərbaycanlıların erməni tərəfindən soyqırıma məruz qalmalarını çatdırmaq üçün ümumilli liderimiz cənab Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman təqdirə layiqdir. Həmin fərmanda “31 mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd olunur.

Bu gün vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, hər bir vətən övladı ermənilərin xəbis niyyətlərini, ortaya atdıqları yöndəmsiz, sərsəm planları ifşa etməli, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir.

Möhtərəm prezidentimiz  cənab İlham Əliyev bu xüsusda demişdir: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqrımı siyasətini yürüdənlərin  beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli-birliyi məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri  soyqırmların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli rol oynayacaqdır ”.

Bəli. Biz də inanırıq ki, belə də olacaq. Çünki ermənilərin faşist əməllərini bütün dünya xalqları  bilməlidir və  onlar tezliklə  öz cəzalarını almalıdırlar. Bu toplumun Yer üzündə yaşamağa haqqı yoxdur.

 Əvəz  MAHMUD  LƏLƏDAĞ,

şair,  dramaturq,  publisist          

Sumqayıt Dövlət Universitetinin  müəllimi

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN