Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının

Uşaq şöbəsi Yasamal rayon 21№-li tam orta məktəbdə şəhid Aqşin Quliyevin əziz xatirəsinə “Ürəklərdə yaşayan şəhidimiz” adlı tədbir keçirilib. Kitabxanadan "Təzadlar"a bildirilib ki, əllərində Azərbaycan bayrağı və şəhidlərin şəkilləri ilə zala daxil olan şagirdlər tədbirdə iştiraklarından qürur hissi keçirdilər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı İradə Hüseynova açaraq şəhid Aqşin Quliyevin döyüş yolu və qəhrəmanlığı haqqında məlumat verib. O qeyd edib ki, şəhidlərimizin yarımçıq qalan arzularını xatırlamaqla, şəhid ailələrinin dərdlərinə şərik oluruq. Tədbirdə şəhidin valideynləri çıxış edərək, oğulları haqqında xatirələrini bölüşüblər. Sabirabad rayon Çiçəkli kəndinin nümayəndəsi, şəhid Aqşin Quliyevin dayısı Yusif Səbiyev onun gənclik illərindən danışaraq, maraqlı anları xatırladıb. Gənc rəssam Ləman Əzizova şəhidin portretini ailəsinə təqdim etdi və şəhidə həsr olunmuş videoçarxı nümayiş etdirib. Tədbirdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və onun döyüş yoldaşları şəhidimizin keçdiyi döyüş yolundan məlumat veriblər.

Qazi və veteranlar Ramiz Yusifov, Azər Əhmədov, İsa Musayev çıxışlarında şəhid A.Quliyev haqqında xatirələrini bölüşüblər. Eləcə də 21№-li tam orta məktəbin tarix müəllimi Leyla Məmmədova 44 günlük Vətən müharibəsində igid, cəsur, mərd oğullarımızın keçdiyi şücaətli döyüş yolundan, mübarizliyindən bəhs edib.

Şair və yazıçılardan Prezident təqaüdçüsü Rahil Məmmədov, Rüfət Hüseynov şəhidlərimizin ölümün gözünə dik baxmasından, onların mübarizliyindən danışıblar. Tədbir iştirakçıları və qonaqlar şəhid Aqşin Quliyevə həsr olunmuş guşəyə baxış keçiriblər.Tədbirin bədii hissəsində İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına Xalq Teatrının rejissoru Pərvin Ərzənalıyeva “Şəhid balam” şeirini, “Oğuzlar” folklor xalq ansamblının üzvləri Xəqani Zeynalabdinov “El yolunda” mahnısını və “Segah” muğamını, Röyal İsgəndərov “Vətən yaxşıdır” mahnısını, Sabutay Həsənli “Azərbaycan oğluyam” mahnısını,  “Şəlalə” xalq çalğı alətləri ansamblının solisti Mirzə Süleymanlı “İgid əsgər” mahnısını, Günay Məmmədova “Şəhidlər” şeirini ifa etdilər. Mahnı və muğam ifaçılarını “Oğuzlar” folklor xalq ansamblının üzvləri Mehdi Sadıqzadə, Ucal Nəcimənov, Fərid Qədirov, Munir Məmmədov, İbrahim Babayev müşaiyət etdilər. 21№-li məktəbin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya nümayiş etdiriblər. Yasamal rayon MKS-nin 4№-li kitabxana filialının müdiri Aynur Babayeva üzərində şəhidin fotoşəkli əks olunmuş xalçanı Aqşın Quliyevin anasına təqdim edib. Yazıçı Rahil Məmmədov “Vətən oğlu” və “Müqəddəs savaş” adlı kitablarını isə kitabxanaya hədiyyə edib. 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN