ABŞ prezidenti Co Bayden İsrail Müdafiə Qüvvələrinin (İMQ) üç həftə ərzində Qəzza zolağında daha hədəfli döyüşlərə keçməsini istəyir.

Amerika liderinin istədiyi taktikaları “The New York Times” adı açıqlanmayan Amerika rəsmilərinə istinadən açıqlayıb.

Qeyd olunur ki, Bayden və onun yüksək səviyyəli köməkçiləri son günlər İsrail tərəfinə etibarlı ictimai dəstək təklif edərək, Qəzza zolağındakı münaqişədə öz taktikasını dəyişməyə sövq edir.

ABŞ rəsmiləri vurğulayıblar ki, İsrailin müdafiə naziri Yoav Gallantın İMQ-nin şimal anklavda daha aşağı intensivlik mərhələsinə keçmək üzrə olduğu təklifi ümidvericidir, lakin onlar Qəzzada əməliyyatın hələ də çox çətin olacağını etiraf ediblər.

Bundan əvvəl Gallant ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə Qəzzaya hücumlardan mülki əhaliyə dəyən zərərin azaldılması yolları ilə bağlı danışıqlardan sonra İsrailin tezliklə əməliyyatın növbəti, daha az intensiv mərhələsinə keçəcəyini bildirmişdi. Pentaqonun rəhbəri də öz növbəsində əmin edib ki, Amerikanın İsrailin təhlükəsizliyinə dəstəyi sarsılmaz olaraq qalır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN