İrəvan dekabrın 4-də Avropa İttifaqı (Aİ) Şurasının Rusiya və bir sıra digər ölkələrə qarşı sanksiyalarla bağlı qərarına qoşulmaqdan imtina edib.

Tezadlar.az bildirir ki, bu barədə erməni Ani Badalyan “Armİnfo” nəşrinə məlumat verib.

Badalyan Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrellin Rusiya və İrana qarşı insan haqlarının pozulması ittihamı ilə tətbiq edilən məhdudiyyətlərin bir il uzadılması ilə bağlı bəyanatını şərh edib. Bəyanatın ilkin variantında Ermənistan və Azərbaycanın qərara qoşulduğu göstərilsə də, bir gün sonra onların adı çıxarılıb.

“Xarici siyasət prioritetlərinə əsaslanaraq və Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində Ermənistan tez-tez Aİ-nin bəyanatlarına qoşulur, orada müzakirə olunan məsələlərlə bağlı öz dəstəyini və həmrəyliyini nümayiş etdirir. Lakin Ermənistan Aİ Şurasının 4 dekabr (2023/2721) tarixli məhdudlaşdırıcı tədbirlər haqqında qərarına konkret olaraq qoşulmayıb”, - deyə mətbuat katibi bildirib.

Dekabrın 17-də Avropa diplomatiyasının rəhbəri Jozep Borrell bildirib ki, Aİ-yə daxil olmayan 11 ölkə, o cümlədən Ermənistan və Azərbaycan Aİ-nin Brüsselin “insan hüquqlarının ciddi şəkildə pozulması” kimi ittihamlarla tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər çərçivəsində sanksiyaların bir il müddətinə uzadılması qərarını dəstəkləmir.

Müddətin uzadılması ilə bağlı qərarı Aİ Şurası dekabrın 4-də qəbul edib. Rusiya, Çin, İran, Suriya və digər ölkələrin vətəndaşlarına, hüquq-mühafizə orqanlarına və şirkətlərinə qarşı sanksiya tədbirləri çərçivəsində Aİ-yə giriş qadağası və assosiasiya ölkələrinin ərazisindəki maliyyə aktivlərinin dondurulması tətbiq edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN