Fələstin HƏMAS hərəkatının yaraqlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Təl-Əvivə raket zərbəsi endirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə qrupun Telegram kanalında yayılan məlumatda deyilir.

Bəyanatda deyilir: “İzzəddin əl-Qəssam briqadaları sionistlərin (Fələstinli) mülki əhalini qırğınlarına cavab olaraq Təl-Əvivə raket zərbəsi endiriblər”.

Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra, sərhədyanı qəsəbələrin sakinlərinin qırğınları və 200-dən çox girov, o cümlədən uşaq, qadın və əsir götürüldükdən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN