İsrailin hazırda Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmaq planı yoxdur.

Tezadlar.az xəbər verir ki, bu sözləri Yəhudi Dövlətinin Xarici İşlər Naziri Eli Koen “Yedioth Ahronoth” qəzetinə müsahibəsində deyib.

"Siyasi müzakirələrin son nəticələrinə əsasən, heç olmasa yaxın bir neçə həftə ərzində hərbi əməliyyatların intensivliyinin azaldılmasından söhbət gedə bilməz", - İsrail XİN rəhbəri vurğulayıb.

Eyni zamanda, nəşr hesab edir ki, yanvarın ortalarına qədər Fələstin anklavında döyüşlər tədricən səngiyəcək, çünki yeni humanitar pauzanın baş vermə ehtimalı var.

“Yedioth Ahronoth” yazır ki, ehtiyatda olan əsgərlərin əksəriyyəti vətənə qayıda biləcək və hərbçilər İsrail ərazisini Qəzza zolağından ayıracaq bir kilometr enində bufer zonası hazırlamağa başlayacaqlar.

Qəzetin fikrincə, hərbi əməliyyatların gözlənilməz səngiməsi İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatlarının sürətlə genişlənməsindən xəbər verir, ehtimal ki, yaxın gələcəkdə mümkün atəşkəsdən əvvəl ən sərfəli mövqeləri tutmağa yönəlib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN