Gürcüstanın Avropa İttifaqına daxil olmasının əleyhdarları etiraz əlaməti olaraq kütləvi şəkildə ittifaq bayraqlarını yandırır, bu barədə sosial şəbəkələrdə xəbərlər yerləşdirirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə müxalif “Pirveli” (“Birinci”) telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, aksiyada ruhanilər və Rusiya ilə əlaqələri müdafiə edən mühafizəkar “Alt-İnfo” hərəkatının üzvləri iştirak edir.

Bu hərəkatın üzvü Gürcüstanın qədim paytaxtı Mtsxeta şəhərində yerli hökumət binasından Aİ bayrağını cırıb, o, dövlət əmlakına ziyan vurduğuna görə saxlanılaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra məhkuma dəstək əlaməti olaraq Avropa İttifaqının bayrağının yandırılması aksiyaları geniş vüsət almağa başlayıb.

“Alt-İnfo” bildirib ki, “etiraz genişlənəcək və bütün ölkəyə təsir edəcək”.

Onlar həmçinin qeyd ediblər ki, "AB pozğunluq və icazə verəndir, buna görə insanlar etiraz edirlər."

Parlamentin müxalifətçi üzvü Salome Samadaşvili hakim “Gürcü arzusu”nu gizli şəkildə bu cür hərəkətlərə həvəsləndirməkdə ittiham edib.

Qeyd edək ki, dekabrın 14-də Gürcüstana Aİ-yə namizəd statusu verilməsinə baxmayaraq, müxalifət hakim partiyanı “anti-Qərb qüvvəsi” adlandırır.

Gürcüstan Daxili İşlər Nazirliyi yanğın törədənləri 100 lari (370 dollar) məbləğində cərimələməyə başlayıb. Aİ-nin, beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik əlaqələr qurduğu ölkələrin bayraqlarına dəyən ziyana görə qanun belə cəzanı nəzərdə tutur.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN