Yasamal rayon MKS-nin Q.Musabəyov adına 3 №-li kitabxana filialı 246 №-li məktəb-liseyin kitabxanasında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar ”Tarix yazan lider” adlı tədbir keçirilib. Kitabxanadan "Təzadlar"a bildirildi ki, tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bilqeyis Sadıqova, 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova, məktəbin kitabxanaçıları Afət Alıyeva, Nazan Əbdüləzimova, ibtidai sinif müəllimi Pərvanə Nədiyeva iştirak ediblər. Tədbirdə çıxış edən 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova əməkdaşımıza bunları dedi: "...Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 30 il düşmən tapdağı altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Ali Baş Komandanın ad gününü düşməndən azad edilmiş torpaqlarda əsgərlərimizlə birgə keçirməsi böyük Qələbənin böyük Sərkərdəyə bəxş etdiyi ən böyük sevincdir. Tədbirdə 4a sinif şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər. 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova cənab Ali Baş Komandanın doğum gününə həsr olunan “Qanun yolu” jurnalının xüsusi buraxılışını məktəb  kitabxanasına hədiyyə etdi".

JASMİN

13

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN