İnternetdə yuxarı kursda oxuyan kursantların kiçik sinif şagirdlərini təhqir etdiyini göstərən görüntülər yayılıb.

Xüsusilə də kadrlardan görünür ki, Krasnoyarsk diyarındakı kadet korpusunun böyük kursantları silgi əvəzinə özlərindən kiçik uşaqla lövhəni silirlər.

Bundan əlavə, kadet korpusunda atışma olduğu da məlum olub. İlkin məlumata görə, sentyabrın əvvəlində 11-ci sinif şagirdləri müəllimin kabinetindən icazəsiz olaraq pnevmatik tüfəng götürüb, sonra isə korpusun yataq otağında silahdan atəş açıblar. Bunun nəticəsində güllələrdən biri azyaşlının qabırğasına dəyib. İnternetdə zədənin nəticələrini əks etdirən kadrlar yayımlanıb. Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə departamentindən bildiriblər ki, kadet korpusunun direktoru müəssisədəki atışma barədə polisə məlumat verib, lakin o, bunu yalnız dekabrın əvvəlində edib. Xəsarət alan kursant məhkəmə-tibbi ekspertizaya göndərilib.

Artıq vilayət prokurorluğu kadet korpusunda baş verən hadisələrlə bağlı məlumatları araşdırıb. Şöbədə hərtərəfli yoxlama aparılır. Kursantların atəş açdığı pnevmatik tüfəng götürülüb. Hazırda müəssisədə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Bundan əvvəl Orenburq vilayətində yeniyetmələrin izdiham içərisində kursantı döydüyü bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN