Kiyev Rusiya, Ukrayna, Latviya və Böyük Britaniyadan olan 51 nəfərə və 134 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Vladimir Zelenskinin imzaladığı fərmanın mətnində deyilir: “Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 23 dekabr 2023-cü il tarixli qərarını qüvvəyə mindirmək qərarına gəlirəm”.

Bununla da 51 nəfərə və 134 hüquqi şəxsə qarşı sanksiyalar qüvvəyə minib. Bunlar təkcə ruslara deyil, həm də Ukrayna və Latviya vətəndaşlığı olanlara aiddir. Siyahıya bir Britaniya vətəndaşı və bir Kipr vətəndaşı da daxil edilib.

Sanksiya tətbiq edilən bir çox şirkət Krımda qeydiyyatdan keçib. Əsasən İnternet provayderləri və rabitə xidmətləri və ya kabel televiziyası provayderləri, xüsusən də “Krymtelecom”. Sanksiyalar 10 ilədək müddətə tətbiq edilir.

Bundan əvvəl bir sıra Avropa liderləri xüsusi əməliyyat başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyaların azalacağını bəyan etmişdilər. Lakin “Newsweek” indi bu şərtlə məhdudiyyətlərin qaldırılmayacağını bildirir.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN