İran ABŞ və İsrailin Qəzza zolağında atəşi dayandırmayacağı təqdirdə Aralıq dənizi, Cəbəllütariq və digər su yollarını bağlayacağı ilə hədələyib.

Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini, general Məhəmməd Rza Nəqdi deyib.

“Əgər Birləşmiş Ştatlar və müttəfiqlərinin törətdiyi cinayətlər davam edərsə, onlar tezliklə Aralıq dənizi, Cəbəllütariq və digər su yollarının bağlanmasını görəcəklər”, – “Tasnim” agentliyi generalın sözlərindən sitat gətirir.

Nəğdi İranın və onun dəstəklədiyi husilərin Aralıq dənizinə çıxışı olmamasına baxmayaraq, İranın su yollarını necə bağlayacağını dəqiqləşdirməyib.

Bundan əvvəl məlum olmuşdu ki, noyabr ayından Yəmən husiləri İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına başlamasına cavab olaraq yük gəmilərinə hücum edir. Tutulan ilk gəmi “Galaxy Leader” toplu daşıyıcısı olub. Husilər daha sonra Norveçin Swan Atlantic neft tankerinə və konteyner gəmisi Clara-ya hücum ediblər.

Böyük Britaniyanın BP şirkəti həyəcanverici xəbərlər fonunda artıq Qırmızı dəniz vasitəsilə neft nəqlini dayandıracağını bəyan edib.

​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN