BMT Baş Assambleyası ABŞ-ın Fələstinlə bağlı qətnaməyə HƏMAS hərəkatını pisləyən düzəlişini qəbul etməyib.

Bu barədə TASS xəbər verir.

ABŞ Misir və Mavritaniya tərəfindən hazırlanmış qətnamə layihəsinə HƏMAS-ın “dəhşətli terror hücumlarını” və girov götürməni açıq şəkildə pisləyən düzəliş təklif edib.

Eyni zamanda, Amerika düzəlişində İsrailin hərəkətlərinə dair heç bir tənqid yoxdur. Vaşinqtonun təklifinə 84 ölkə səs verib, 62 ölkə əleyhinə, 25 ölkə isə bitərəf qalıb.

Beləliklə, düzəliş qəbul edilməsi üçün tələb olunan üçdə iki səsi toplamayıb. Bundan əvvəl bildirilmişdi ki, BMT Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib. Sənəd 153 dövlətin nümayəndəsi tərəfindən bəyənilib.

Eyni zamanda, 10 ölkənin diplomatları qətnamənin qəbuluna qarşı çıxıb, daha 23 dövlətin nümayəndəsi isə səsvermədə bitərəf qalıb.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN