ABŞ Nümayəndələr Palatasının komitəsi BMT-nin Yaxın Şərq agentliyində HƏMAS radikal qruplaşması ilə "iddia edilən əlaqələr"lə bağlı araşdırmaya başlaya bilər.

Mətnə görə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi BMT-nin Fələstinli qaçqınlara yardım edən UNRWA kimi tanınan Yaxın Şərq agentliyini araşdırmağı planlaşdırır.

Bu barədə “New York Post” məlumat yayıb.

Respublikaçıların nümayəndəsi Darrell İssanın nəşrə verdiyi məlumata görə, “BMT agentliyi ilə HƏMAS arasında əlaqə olduğuna dair sübutlar var”.

“UNRWA ilə HƏMAS arasında narahatlıq doğuran əlaqələrə dair kifayət qədər sübutlar var və onlar gözlənildiyindən daha dərinə gedir... Konqres indi UNRWA-nın nə bildiyini, nə etdiyini və dünyadan nəyi gizlədə biləcəyini araşdırmalı və aşkar etməlidir", - İssa deyib.

Bundan əvvəl UNICEF-in humanitar məsələlər və əməliyyatlar üzrə icraçı direktorunun müavini Edvard Şeyban bildirmişdi ki, İsrailin bombardmanları ilə bağlı yaranmış təhlükəli vəziyyətə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) və UNICEF Fələstinin Qəzza zolağından yerli və xarici əməkdaşlarını çıxarmaq niyyətində deyil.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN