ABŞ Respublikaçılar Partiyası ABŞ-ın hazırkı prezidenti Co Baydeni üç ştatda seçkilərdən kənarlaşdırmaq üçün qanun layihələri hazırlamaq niyyətindədir.

Köşə yazarı Vendel Husebo bu barədə “Breitbart” üçün yazdığı məqalədə yazır.

Onun sözlərinə görə, Bayden Arizona, Corciya və Pensilvaniya ştatlarında bülletenlərdən kənarlaşdırıla bilər.

Ekspert izah edib ki, bu ştatlarda siyasətçinin seçki bülletenindən kənarda qalması onun həm partiyalar tərəfindən keçirilən ilkin seçkilərdə (xüsusən, praymerizlər daxildir), həm də ümumilikdə prezident seçkilərində qalib gəlmək imkanlarına ciddi əngəl törədə bilər.

Məqalə müəllifi xatırladıb ki, Kolorado Ali Məhkəməsi bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri, həmçinin 2021-ci ilin yanvarında Kapitoliyə hücumla bağlı işlərdə ona qarşı irəli sürülən ittihamlara görə ABŞ prezidenti seçilmək hüququna malik olmadığı barədə qərar verib.

Bundan sonra daha 16 ştat Koloradodan nümunə götürmək qərarına gəlib və Trampın seçkilərdən kənarda saxlanılmasını tələb edib.

Köşə yazarı təklif ebdi ki, Respublikaçılar Demokratların bu hərəkəti fonunda Baydenə cavab zərbəsi endirmək qərarına gəliblər.

Daha əvvəl Baydenin reytinqinin rekord həddə düşdüyü bildirilmişdi. Sorğunun nəticələrinə görə, müstəqil seçicilərin yalnız 27%-i onun iş performansını dəstəkləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN