Dünən Hindistan sahillərində gəmiyə hücum edən pilotsuz uçuş aparatı (PUA) İrandan buraxılıb.

Bu barədə "The Wall Street Journal" Pentaqona istinadən məlumat yayıb.

"Liberiya bayraqlı, Yaponiyaya məxsus, Hollandiyaya məxsus kimyəvi tanker Chem Pluto yerli vaxtla təxminən saat 10:00-da Hind okeanında 200 dəniz mili (370 km) dənizdə İrandan atılan kamikadze pilotsuz uçan aparat tərəfindən vurulub", - qəzet ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin bəyanatından sitat gətirir.

Hadisə nəticəsində xəsarət alan olmadığı, gəmidəki yanğının söndürüldüyü qeyd edilir.

Dekabrın 23-də Hindistan sahillərində bir gəmiyə pilotsuz uçan aparatla zərbə endirilməsi barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi məlumat yayıb. Hindistan Hərbi Dəniz Qüvvələrinin daha sonra qeyd edib ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin gəmiləri kömək etmək üçün Chem Plutona yollanıb. Neft daşıyan tanker Səudiyyə Ərəbistanı limanından Manqaluru liman şəhərinə gedirmiş.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN