Moskvanın Nikulinski Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan biznes-məşqçi Sergey Qalanter barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə yerli mediaya məhkəmənin mətbuat katibi Madonna Koçin məlumat verib.

"Nikulinski Rayon Məhkəməsinin qərarı ilə istintaqın Sergey Vladimiroviç Qalanterin 2024-cü il fevralın 12-dək həbs edilməsi barədə vəsatəti təmin edilib", - məhkəmə nümayəndəsi bildirib.

Qalanter Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (xüsusilə böyük miqyasda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Ona hesablanmış maddənin sanksiyasında 1 milyon rubla qədər cərimə ilə 10 ilədək həbs cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs hələlik məhkəmə qərarından apellyasiya şikayəti verməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN