Sevastopol ərazisinə hava hücumu xəbərdarlığı elan edilib.

Bu barədə şəhər qubernatoru Mixail Razvojayev Telegram kanalında məlumat verib.

"Hər kəsin diqqətinə! Hava hücumu xəbərdarlığı" yazıb.

Sakinlərdən pəncərələri möhkəm bağlamaq, qazı və suyu bağlamaq, işığı söndürmək və yükdaşıyan divarları olan otaqlara sığınmağa çağırılıb. Küçələrdə olan insanlara sığınacaqlara getmələri tövsiyə olunub.

Sevastopolun Avtomobil Nəqliyyatı İnfrastrukturunun İnkişafı Direktorluğunun Telegram kanalında yayılan xəbərə görə, şəhərdə dəniz və quru nəqliyyatı müvəqqəti olaraq hərəkətini dayandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN