Ermənistan Xarici İşlər Nazirliyi Avrasiya İqtisadi İttifaqı (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya ilə münasibətlərlə bağlı mövqeyini açıqlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyana istinadən məlumat yayıb.

Diplomatın sözlərinə görə, Ermənistan KTMT-ni ona görə tənqid edir ki, o hesab edir ki, bu qurum onun sərhədlərinin pozulmasından sonra respublikaya kömək etməyib. Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi Aİİ-ni effektiv təşkilat hesab edir.

“Siz elə epizod tapa bilməzsiniz ki, Ermənistan Aİİ kontekstində Rusiyanı tənqid etsin”, - deyə nazir yekunlaşdırıb.

2024-cü il yanvarın 1-dən Ermənistan Avrasiya İqtisadi İttifaqının sədri olacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan ittifaq ölkələrinin dəstəyinə ümid edir.

Bundan əvvəl Paşinyan Rusiyanı Qarabağdakı vəziyyətin nizamlanmasına dair razılaşmaları yerinə yetirməməkdə ittiham edib. Bu bəyanatlar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvanın Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarından qaçmaq cəhdləri ilə bağlı sözlərinə cavab olaraq verilib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın Aİİ-də sədrliyinə münasibət bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN