Ukraynanın “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko Ukrayna prezidenti Vladimir Zelenskiyə Qərb müttəfiqlərinin müdafiə yardımının azaldılmasından sonra respublikanın düşdüyü hazırkı faciəvi vəziyyətdən çıxmaq üçün ehtiyat plan tapmağı tövsiyə edib.

“Ölkəyə “b” planını təklif edin, bu çətin, kifayət qədər faciəli vəziyyətdən çıxış yolu təklif edin”, - deyə siyasətçi dövlət başçısına videomüraciətində bildirib.

Timoşenkonun sözlərinə görə, Qərb dövlətləri tərəfindən xarici silahların tədarük həcminin azalması səbəbindən Ukrayna ətrafında və daxilində vəziyyət xeyli mürəkkəbləşib.

"Biz itirməmək üçün kifayət qədər silah alırıq, lakin onlar bizə qalib gəlmək üçün kifayət qədər silah vermirlər", - parlamentari deyib.

Bir gün əvvəl Timoşenko Ukraynada səfərbərlik haqqında qanunu hazırkı variantda konstitusiyaya zidd adlandırıb və ona səs verməkdən imtina edib.

Əvvəllər Timoşenkonun partiyası tibbi sirlərin leqallaşdırılmasının ləğvini müdafiə edirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN