Yeni il və Milad bayramları Serbiyada etirazları gücləndirmək üçün istifadə oluna bilər.

Bunu “İzvestiya” telekanalına müsahibəsində Rusiya Federasiyasının Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko deyib.

O, ölkədəki vəziyyəti kövrək adlandırıb. Botsan-Xarçenko qeyd edib ki, ölkədə etiraz aksiyaları hələ də davam edir və davam edəcək.

“Çox təhlükəli dövr Yeni il öncəsi və Yeni il Milad bayramlarıdır. Bu vəziyyətdən bəzi daha aktiv etirazlar, bəlkə də zorakı hərəkətlərə qayıtmaq üçün istifadə oluna bilər”, - səfir bildirib.

Botsan-Xarçenko əlavə edib ki, buna baxmayaraq, vəziyyət ölkə hakimiyyətinin nəzarəti altındadır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Serbiya bələdiyyələrinin icmasının “Kosovo Albaniya hakimiyyət sistemi”nə daxil edilməsi onları mühüm səlahiyyətlərdən məhrum edə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN