Ukraynanın Kiyev vilayətində bu gündən yanvarın 6-dək nəzarət-buraxılış məntəqələrinin sayı artırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə regional hərbi administrasiya məlumat yayıb.

Bundan əlavə, insanların sıx toplaşdığı yerlər: ticarət mərkəzləri, supermarketlər, qatar stansiyaları, həmçinin tibb müəssisələri də yoxlamaya məruz qalacaq.

Bildirilir ki, bu günlərdə “əks-təxribat tədbirləri” həyata keçiriləcək. Onlarda Ukrayna Təhlükəsizlik Xidmətinin, Milli Polisin, Milli Qvardiyanın və 114-cü Terrorçu Əlahiddə Müdafiə Briqadasının əməkdaşları iştirak edəcək.

Bundan əvvəl Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim bütün ukraynalıların cəbhəyə göndərilməli olduğunu bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN