Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilib. Ancaq ondan iki gün əvvəl tərəfimizdən Fransa səfirliyinə nota göndərilib.

Azərbaycan dövlət qrumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi bildirilmişdi. Lakin onlar araşdırmadan imtina etdilər.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçdiyi mətbuat konfransında deyib.

“Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, o, buna gedə bilərdi. Onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirimizin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var. Biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün Fransa iki azərbaycanlı diplomatı "persona-non-grata" elan edib.

TEZADLAR.AZ xəbər verir ki, bir gün əvvəl - 26 dekabr 2023-cü il tarixində isə  Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib

Xatırladaq ki, bundan əvvəl Fransa agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ilə bağlı məlumatlar yayılıb. Azərbaycanda ifşa olunan şəbəkə Ukrayna, Moldova, Gürcüstan və Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində də müxtəlif əməliyyatlar həyata keçirib.

Agentura şəbəkəsi Fransa səfirliyində fəaliyyət göstərirdi. Onlar bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə kəşfiyyat aparıblar. Şəbəkə regionda yeni hədəflər formalaşdırmaqla öz təsir dairəsini genişləndirməyə çalışıb.

Şəbəkənin bir çox üzvləri əvvəllər Azərbaycanda xidmət etmiş və ya hazırda xidmətdədir, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda çalışırlar.

Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində uzun illər Fransanın casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşı könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Mənbə bir çox mühüm məlumatları paylaşıb, Fransa agentlərinin fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim edib.

Cinayət işi çərçivəsində Azərbaycan xüsusi xidmət orqanları Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirən bir sıra şəxsləri həbs edib, bəzi şəxslər barəsində araşdırmalar davam etdirilir.

Yaxın vaxtlarda bununla bağlı geniş məlumatın veriləcəyi gözlənilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN