12 yaşlı qız  32 yaşlı oğlana nişanlanıb.

Aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində 12 yaşlı qızın nişan görüntülərini yayımlayıb. Aparıcı baş verənlərdən dəhşətə gəldiyini bildirib.  

Hadisə Sabirabadın Məmişli kəndində yaşanıb. Aparıcı çəkiliş üçün ailənin evinə yollanıb. 

Ailəsi əvvəlcə övladının nişanı olduğunu danıb. Görüntülərin qızın ad günündə lentə alındığı bildirilib. 

"Yalandan bəyin 29 yaşı olduğunu demişdilər. Məlum oldu ki, 32 yaşı var. Qızla aralarında 20 yaş fərq var. Oğlanın adı Kərimdir" deyə, L.Azərtaş bildirib. 

TEZADLAR.AZ xatırladaq ki, bir müddət əvvəl aparıcı efirdə ikən onun telefonuna həmin nişan barədə xəbər verilmiş və nişanın videosu da göndərilmişdi. 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN