İsrail hərbçiləri Qəzza zolağında humanitar karvanı atəşə tutublar, heç bir heyət xəsarət almayıb.

Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağındakı direktoru Tomas Uaytın bəyanatında bildirilir.

Onun sözlərinə görə, konvoyun marşrutu ilkin olaraq İsrail hərbçiləri ilə razılaşdırılıb.

Uayt sosial media hesabında "İsrail ordusunun təyin etdiyi marşrutla Qəzza zolağının şimalından qayıdan humanitar karvan atəşə tutulub", - o deyib.

Eyni zamanda, işçilər arasında xəsarət alan olmadığını, lakin idarə etdikləri avtomobilin zədə aldığını vurğulayıb.

Oktyabrın 7-də Fələstin HƏMAS hərəkatı İsrailin mülki və hərbi obyektlərinə hücum edərək, insanları girov götürüb. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib. İsrail Müdafiə Qüvvələri Qəzza sektorunu bombalamağa başlayıb. Bombalamalar geniş miqyaslı dağıntılar və dinc əhalinin ölümü ilə müşayiət olunur.

Qeyd edək ki, noyabrın sonunda Qətərin vasitəçiliyi ilə tərəflər atəşkəs və girovların mübadiləsi barədə razılığa gələ biliblər. Barışıq bir neçə gün davam edib, lakin dekabrın 1-də döyüşlər yenidən başlayıb. Eyni zamanda, dekabrın 19-da İsrail prezidenti İsaak Hersoq Təl-Əvivin girovların azad edilməsi üçün Qəzza zolağında yeni humanitar fasiləyə hazır olduğunu açıqlayıb.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN