Demokratik konqresmen Raşida Tlaib İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağında hərbi münaqişəni davam etdirdiyi üçün “soyqırımçı manyak” olduğunu bildirib.

Bu barədə “Fox News” xəbər verir.

Onun sözlərinə görə, amerikalı qanunvericilər yəhudi lideri dəstəkləməməlidir.

"Netanyahu ilə görüşən Konqresin hər bir üzvü hərbi cinayətkarı dəstəkləyir. Biz bunu heç vaxt unutmayacağıq", - Tlaib deyib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki münaqişəni maliyyələşdirməyi dayandırmalıdır, çünki bu yolla yalnız müharibə və soyqırımı dəstəkləyir. Tlaib amerikalıları Fələstin haqqında danışmağı dayandırmamağa çağırdığını vurğulayıb.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İDF-nin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN