Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

 Bildirilib ki, azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

 Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, bir neçə gün öncə aparıcı Lalə Azərtaş "Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində 12 yaşlı qızın nişan görüntülərini yayımlayıb. Aparıcı baş verənlərdən dəhşətə gəldiyini bildirib.  

Hadisə Sabirabadın Məmişli kəndində yaşanıb. Aparıcı çəkiliş üçün ailənin evinə yollanıb. 

Ailəsi əvvəlcə övladının nişanı olduğunu danıb. Görüntülərin qızın ad günündə lentə alındığı bildirilib. 

"Yalandan bəyin 29 yaşı olduğunu demişdilər. Məlum oldu ki, 32 yaşı var. Qızla aralarında 20 yaş fərq var. Oğlanın adı Kərimdir" ,- deyə L.Azərtaş bildirib. 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN