Finlandiya hökuməti miqrasiya problemi üzərində fəal işləyir, - ölkənin baş naziri Petteri Orpo ölkə vətəndaşlarına Yeni il müraciətində bildirib.

Bu barədə "RİA Novosti" yazır.

Hökumət başçısı qeyd edib ki, sərhədin bağlanması bir çox insanların və müəssisələrin gündəlik həyatını çətinləşdirib.

Eyni zamanda, Orlo qeyd edib ki, Rusiya ilə sərhəddə problemlər aradan qalxmayıb. O əlavə edib ki, hökumət vəziyyəti diqqətlə izləyir və mütəşəkkil miqrasiyanın dayandırılmasına yönəlmiş həll yolları üzərində işləyir.

Baş nazir ölkənin və onun sərhədlərinin təhlükəsizliyinin respublika hakimiyyəti üçün prioritet olduğunu vurğulayıb. O, hökumətin geri çəkilməyəcəyi qənaətinə gəlib.

Xatırladaq ki, noyabr ayında Finlandiya üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını fonunda Rusiyadan ölkəyə girişə tədricən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ayın sonunda o, bütün keçid məntəqələrini bağlayıb.

Dekabrın 14-də keçid məntəqələrinin yenidən açılacağı güman edilirdi. Hökumət daha sonra qərarı yenidən nəzərdən keçirdi və sərhədin bağlanmasını 2024-cü il yanvarın 14-dək uzadıb.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN