ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması və Ukraynaya dəstəyin azalması 2024-cü ildə Rusiya prezidenti Vladimir Putinə ən böyük hədiyyə olacaq.

Bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşr yazır: “Putin artıq 2024-cü ildə onu gözləyən bonusu səbirsizliklə gözləyir: ABŞ prezident seçkiləri”.

“Tramp kimi milli maraqların müdafiəçisi ən yaxşı halda Rusiya prezidentinə gümüş nimçədə NATO-nun dağılmasını təklif edə bilər”, - materialda deyilir.

Bundan əvvəl “New York Times” “Lawfare” hüquq şirkətinin məlumat bazasına istinadən xəbər vermişdi ki, Amerikanın 16 ştatı ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkilərində iştirakının qarşısının alınmasını tələb edərək məhkəməyə müraciət edib.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN