Bu gün Yaponiyada müxtəlif güclü 30-dan çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub.

Bunu Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatları sübut edir.

Eyni zamanda, Yapon agentliyinin mütəxəssislərinin vurğuladığı kimi, sonrakı həftədə də afterşoklar davam edəcək. Növbəti iki-üç gün xüsusilə təhlükəlidir, bu müddət ərzində maqnitudası 7-dən yuxarı olan təkrar güclü təkanların baş verməsi ehtimalı var.Yapon seysmoloqları yerli sakinləri son dərəcə ayıq-sayıq olmağa çağırır.

Yaponiyanın bütün qərb sahilləri sunami təhlükəsi altında qalır. Yaponiya sahillərinə çatan ən yüksək dalğa hündürlüyü 5 m idi.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölkənin qərbində bir sıra şəhərlərdə xilasedicilər iri yanğınların söndürülməsi üçün çalışırlar. Ölkənin bir sıra dağlıq rayonlarında sürüşmə baş verib.

​​​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN