İndoneziyanın Bali adasının hakimiyyət orqanları 2023-cü ildə onlarla Rusiya vətəndaşını deportasiya edib.

Bu barədə “Bali Post” nəşri Denpasar adasının immiqrasiya şöbəsinin rəhbəri Suhendraya istinadən məlumat yayıb.

Yalnız bir il ərzində 164 əcnəbi Balidən deportasiya edilib.

Suhendra "85 nəfər qanun və qaydalara əməl etməməkdə, 79 əcnəbi isə viza müddətini uzatmaqda günahkar idi", - o deyib.

Şöbə müdiri əlavə edib ki, deportasiyaya məruz qalan vətəndaşların əksəriyyəti Rusiyadan gəlib - 59 nəfər. Həmçinin, 15 nəfər Avstraliyadan, 14 nəfər isə ABŞ-dan deportasiya edilib.

İyun ayında məlum olub ki, İndoneziya hökuməti ölkədə qalma qaydalarını pozan turistləri dərhal deportasiya etməyi planlaşdırır. Əvvəllər Bali hakimiyyəti turistlərin mopedlər də daxil olmaqla nəqliyyat vasitələrini icarəyə götürmələrini rəsmi olaraq məhdudlaşdırırdı.

​​​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN