Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib ki, Qərb Ukrayna münaqişəsini qiymətləndirməkdə 180 dərəcə dönüb və artıq Kiyevin qalib gələcəyini gözləmir.

Knaysl bu barədə jurnalist Flavio fon Witzlebenin geosiyasi məsələlərə həsr etdiyi podkastında bildirib.

Onun sözlərinə görə, “Ukraynada döyüş meydanında NATO ilə Rusiya arasında qarşıdurmada” köklü dəyişiklik olub. Kiyevin əks-hücumu uğursuz oldu, hərbi vəziyyət hücuma keçən Rusiya Federasiyasının xeyrinə dəyişdi.

“Geosiyasi baxımdan çox şey dəyişib. Qərbin qiymətləndirməsi 180 dərəcə çevrilib. Düz bir il əvvəl deyirdilər ki, Rusiya silahlı qüvvələrinin sonu gəlib. İndi “Financial Times” və “The Economist” qəzetlərinin başlıqları demək olar ki, eyni səslənir: Rusiya münaqişədə qalib gəlsə nə olacaq? - keçmiş kansler deyib.

Knaysl onu da qeyd edib ki, Rusiya iki ay əvvəl iqtisadi güclərin onluğunda Almaniyanı qabaqlayıb.

Əvvəllər Zelenskinin Qərb jurnalına müsahibəsi zamanı əsəbilik və qıcıqlanma nümayiş etdirdiyi bildirilirdi.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN