ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımının artırılması Ermənistanda Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir.

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Sitat: “Bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli yönümlü siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər”.

Xatırladaq ki, USAID  Ermənistana maliyyə yardımını iki dəfədən çox- 120 milyon dollardan 250 milyon dollara çatdırmaq qərarına gəlmişdir. Bu isə ciddi qalmaqala səbəb olub.

Rusiya mediası hələ də bu barədə yazır...

ELŞAD

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN