Türkiyə əks-kəşfiyyatının əməliyyatı nəticəsində respublikada İsrail kəşfiyyat xidməti “Mossad”-da işləmək şübhəsi ilə 34 nəfər saxlanılıb.

Bu barədə hökumətyönlü “Hürriyet” qəzeti yazır.

Qeyd olunur ki, casusluq işi ilə bağlı aparılan araşdırmalardan sonra İstanbul prokurorluğu müvafiq göstərişlər verib, yeni həbslər mümkündür.

“Hürriyet” xəbər verir ki, Türkiyədə İsrail kəşfiyyatına qarşı əməliyyat aylardır hazırlanıb və başqa ölkələrdə də daxil olmaqla, bu işdə iştirak edənlərin izlənilməsi həyata keçirilib.

Yanvarın 2-də Türkiyə mediası və daha sonra rəsmilər Türkiyənin səkkiz vilayətində, əsasən İstanbulda İsrailin xeyrinə casusluqda şübhəli bilinən 34 nəfərin saxlanıldığını bildiriblər. Daha 12 nəfər axtarılır.

Dekabrın əvvəlində İsrailin Şin Bet Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar bildirib ki, İsrail Qətər və Türkiyədə Həmas liderlərini məhv etməyə hazırdır.

O, HƏMAS liderlərinin məhv edilməsi məqsədini 1972-ci ildə Münhendə İsrailin Olimpiya komandasına qarşı törədilmiş terror aktının təşkilatçılarının aradan qaldırılması ilə müqayisə edib və bu əməliyyat təxminən 20 il davam edib. Terror aktını törədənlər bütün dünyada təqiblərə məruz qalıblar.

Öz növbəsində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS hərəkatını heç vaxt terror qruplaşması kimi tanımayacağını bəyan edib.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN