Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu gün Ali Radaya ölkədə çoxillik vətəndaşlıq institutunu tətbiq edən qanun layihəsi təqdim edəcək. Ukrayna pasportu Rusiya Federasiyası istisna olmaqla, dünyanın müxtəlif ölkələrində əldə edilə bilər.

“Bu gün mən Ukrayna Ali Radasına qanunvericiliyə hərtərəfli dəyişikliklərin qəbul edilməsinə və çoxsaylı vətəndaşlıq institutunun tətbiqinə imkan verəcək əsas qanun layihəsini təqdim edirəm”, - deyə Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, bu, Rusiya Federasiyası vətəndaşları istisna olmaqla, “dünyanın müxtəlif ölkələrindən olan bütün etnik ukraynalılara və onların nəsillərinə” vətəndaşlıq verməyə imkan verəcək.

Qanun layihəsi, xüsusilə, Ukrayna Silahlı Qüvvələrində döyüşən əcnəbi könüllülərə Ukrayna vətəndaşlığı almağa imkan verəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN