Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq...

Bunu mediaya müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağının ətrafında həyata keçirilib, hazırda isə bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib: "Hazırda belə zonanın yaradılması metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir”.

 Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, AYNA-nın sədri bildirib ki, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq: "Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək. Turizm aspektindən danışsaq, Əziz Əliyev küçəsinin piyada zonasına çevrilməsi və İçərişəhərin sakinlərin avtomobilləri istisna olmaqla nəqliyyat vasitələri üçün bağlanması turistlərin marağını artıracaq, ziyarətçi axınının çoxalmasına əlverişli şərait yaradacaq".

*** 

"Təzadlar"dan: biz AYNA rəhbərinin bu arzu və istəklərinə daim dəstək vermişik, yenə də dəstəkləməyə hazırıq. Lakin hazırda AYNA-nın işgüzar nüfuzuna xələl gətirən, ictimai narazılıq yaradan 3 problemi var: harda gəldi parklanma, harda gəldi velosiped və BUS zolağı! Məsələn, bircə nümunə: əməkdaşımız bu gün Xocalı prospektində ("Xətai" metrostansiyasının qarşısı) yol 4 zolaqlıdır və "28 may"dan gələn və Əhmədli, Zığ, Hövsan, Günəşli və s. istiqamətə gedən çoxsaylı avtobusların və digər nəqliyyat vasitələrinin ən çox sıxlığı olan yoldur... AYNA əməkdaşları indi görün neyləyib: yolun bir zolağı bəzək üçün olmayan velosipedçilərə ayrılıb, bir zolağı parklanmaya verilib, bir zolaq da avtobuslara. Qalıb bu qədər sıxlıq yaşanan sürücülərə cəmi bir zolaq! 

İndi siz deyin, bu əcaiblikdir, yoxsa nə?! Hansı ki, Xocalı parkının ortasında geniş zolaq var, velosipedçi, əgər varsa, olsa, ordan istifadə edə bilər...  

A.Məmmədli

a-2

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN