booked.net booked.net  

Almaniyada Ukrayna Silahlı Qüvvələrinin Berlindən verilən silahlardan nə vaxt və hansı şəraitdə istifadə etdiyi barədə məlumat yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.

Rəsmidən Almaniya Nazirlər Kabinetinin Kiyevin alman silahlarından necə istifadə etdiyindən xəbəri olub-olmaması soruşulub. Hebestreit "tamamilə yox" cavabını verib.

Onun sözlərinə görə, silahların Ukraynaya təhvil verildiyi andan “nəinki Almaniyanın bu sistemlərə görə məsuliyyəti sona çatır, həm də informasiya məhdudlaşır”.

Xatırladaq ki, yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri ukraynalı əsirlərin olduğu Rusiyaya məxsus İl-76 təyyarəsini vurub. Zərbə Amerikanın Patriot sistemindən olan raketlə endirilib. Kompleksləri Ukrayna Silahlı Qüvvələrinə təhvil verən ölkələr arasında Almaniya da olub.

​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN