booked.net booked.net  

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işdən ayrılıb.

Bu barədə KİV-ə universitetin mətbuat katibi Nicat Abdullayev bildirib.

O, qeyd edib ki, T.Əhmədovun işdən ayrılma səbəbi səhhətində olan problemlər idi.

"Tağı Əhmədov uzun illər universitetdə çalışıb. Təəssüfki səhhətində olan problemlər fəaliyyətinə davam etməyə imkan vermədi. Ötən ilin dekabr ayında seçki yolu ilə texnika elmləri doktoru, propfessor Qasım Abdullayev həmin vəzifəyə seçilib. Hazırda o fəaliyyətini davam etdirir", - deyə o bildirib.

Qeyd edək ki, Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.

 O, "Fəxri Dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə "Qızıl Buta" müstəqil milli mükafatına layiq görülüb. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. 2022-ci ilədək YAP Yasamal rayon təşkilatının sədri olub.

TEZADLAR.AZ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN