booked.net booked.net  

Kiyev hökuməti Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifəsindən uzaqlaşdırılmasının nəticələrindən və Qərbin bu addıma reaksiyasından qorxur.

Tezadlar.az xəbər verir ki, bu barədə isə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, Zelenski “sadəcə Zalujnını vəzifəsindən uzaqlaşdıra bilsə də”, “Zalujninin işdən çıxarılmasının Qərb tərəfdaşlarına göndərəcəyi siqnalından” qorxur. Ukraynalı hərbçilərdən birinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefası iğtişaşlara səbəb ola bilər.

Nəşr yazır: "Əgər Zalujnı çıxarılsa, iğtişaşlar başlaya bilər".

Bundan əvvəl “The Washington Post” yazıb ki, Kiyev Vaşinqtonu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı istefaya göndərmək niyyəti barədə məlumat verib. Nəşr qeyd edib ki, Ağ Ev qərarı təsdiq və ya pislədiyini bildirməyib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN