booked.net booked.net  

Ukrayna Ukraynanın məhvini dayandırmaq üçün sülh danışıqlarına razılaşmalıdır.

Tezadlar.az xəbər verir ki, amerikalı iqtisadçı Cefri Saks “Judging Freedom YouTube” kanalına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Ukrayna “addım-addım” məhv edilir.

“O, demoqrafik cəhətdən məhv edilir, çünki Ukrayna təkcə ərazilərini yox, həm də ölkədən qaçan milyonlarla insanı itirib”, - iqtisadçı bildirib.

Eyni zamanda o, Ukraynadakı münaqişənin həllinin yalnız danışıqlar masası arxasında mümkün olduğunu vurğulayıb.

Bundan əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin danışacaq heç kim yoxdur.

Həmçinin, vətənə xəyanətdə şübhəli bilinən və Kiyev istintaq təcridxanasında saxlanılan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski bildirib ki, Ukrayna münaqişəsinin sona çatması ilə bağlı müzakirələrə başlamaq üçün lazım olan “şərtlərin” sayı artır.

​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN