booked.net booked.net  

Ukrayna Silahlı Qüvvələrinin Lisiçanskda çörək sexinə hücumu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. Ukrayna yaraqlılarının hücumu nəticəsində ölənlər arasında bir uşaq da var.

Tezadlar.az xəbər verir ki, bu barədə Luqansk Xalq Respublikası hökuməti LPR rəhbərinin administrasiyasına istinadən məlumat yayıb.

LPR hökuməti özünün Teleqram kanalında yazıb: “Biri uşaq olmaqla 28 nəfər Kiyev yaraqlılarının Lisiçanskda vəhşicəsinə hücumunun qurbanı olub”.

Fevralın 4-ü səhər saat 6-a olan məlumata görə, ölənlər arasında 18 kişi, 9 qadın və bir uşaq var.

Hücum nəticəsində 10 nəfər də yaralanıb və həkimlər tərəfindən müalicə olunur.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulması zamanı 20 nəfərin öldüyü məlum idi.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri fevralın 3-ü günorta saatlarında zərbə endirib. Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnikin sözlərinə görə, silahlılar bu gün ora dinc əhalinin gəldiyini bilərək çörək zavodunu atəşə tutublar. Nəticədə, onlarla insan dağıntılar altında qalıb.

Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqləri bildiriblər ki, Lisiçanskda çörək zavodunun atəşə tutulmasının HIMARS reaktiv yaylım atəşi sistemindən həyata keçirildiyi iddia edilir.

​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN