booked.net booked.net  

 Türkmənistandan Qırğızıstana humanitar yardım göndərilib.

TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bişkek İES-də baş vermiş qəza ilə əlaqədar Türkmənistan tərəfinin verdiyi 2 min ton maye qazı olan 75 çən "Şopokovo" dəmir yolu stansiyasına gəlib.

“Qeyd edək ki, yardım Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun tapşırığı ilə və xarici işlər naziri Jeenbek Kulubayev ilə Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında aparılan danışıqların yekunlarına əsasən həyata keçirilib. ”, - qurumdan bildirilib.

Daha əvvəl QR Nazirlər Kabinetinin sədri Akılbek Japarov Bişkek İES-də baş vermiş fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın iclasını keçirib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vəziyyət stabildir, avadanlıqlar normal işləyir. Hazırda doqquz qazanxana və dörd turbogenerator işləyir, suyun temperaturu 60-65 dərəcəyə yaxındır.

QR-nın Energetika Nazirliyinin məlumatına görə, paytaxta Rusiyadan mütəxəssislər də gəlib.

Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki istilik elektrostansiyasında qəza baş verib. Partlayışın dəqiq nədən baş verdiyi hələlik məlum deyil. hadisə zamanı beş nəfər xəsarət alıb, onlardan yalnız üç nəfəri xəstəxanaya yerləşdirilib, iki nəfəri isə ambulator müalicə alır. Paytaxtdakı məktəb və uşaq bağçaları onlayn təhsilə keçib. Fevralın 2-si axşam saatlarında Bişkekdə istilik və isti suyun verilməsi qismən bərpa edilib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN