booked.net booked.net  

Ukrayna vətəndaşı Andrey Şaraşidze partlayıcı maddələrin Ukrayna ərazisindən Gürcüstan vasitəsilə Rusiya Federasiyasına daşınmasına nəzarət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

“İş materiallarına görə, bu prosesi (partlayıcı maddələrin Rusiya Federasiyasına daşınması – RED.) Ukrayna vətəndaşı, 2020-ci ildə Xalqın qulluqçusu partiyasından Odessa vilayətinin regional şurasının deputatlığına namizəd Batumi şəhərindən olan Andrey Şarashidze təşkil edib”, - deyə məlumatda qeyd olunur.

Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiyaya daşınması planlaşdırılan partlayıcı maddələrin Gürcüstan ərazisinə gətirilməsində Ermənistan, Gürcüstan və Ukrayna vətəndaşları iştirak ediblər. “Yeddi Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı partlayıcı maddələrin Gürcüstana gətirilməsində, ölkə üzrə daşınmasında, konteynerlərdən birinin Rusiya Federasiyası istiqamətində göndərilməsində və ikincinin paytaxta yerləşdirilməsində iştirak edib”, - deyə bəyanatda deyilir.

​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN