booked.net booked.net  

Yaponiyaya yağan güclü qar nəticəsində ən azı 109 nəfər müxtəlif xəsarətlərlə Tokio xəstəxanalarına aparılıb.

“Kyodo” agentliyi yazır ki, qonşu Sayama və Kanaqava prefekturalarında (inzibati ərazi vahidi - RED.) da qurbanlar var.

Təcili yardım xidmətini idarə edən şəhər yanğınsöndürmə idarəsinin məlumatına görə, Tokio qurbanlarının yaşı 4 ilə 92 arasında dəyişir və heç birinin həyati təhlükəsi yoxdur.

Qonşu Kanaqava prefekturasında 5 nəfər ağır, 34 nəfər isə yüngül xəsarət alıb. Saitama prefekturasında 12 nəfər yüngül xəsarət alıb.

Meteorologiya agentliyinin məlumatına görə, Qunma prefekturasının Maebaşı əyalətinə ötən gecə 11 santimetr, mərkəzi Tokio və Sayamada isə 8 santimetr qar yağıb.

Qarın fəsadları ilə əlaqədar Yaponiya aviadaşıyıcıları 30 reysi təxirə salıb. Elektrik qatarlarının hərəkətində fasilələr və ləngimələr yaranıb. Tokioda avtomobil və dəmir yolu nəqliyyatı da hələ də normala qayıtmayıb.

Tokionun bütün 23 mərkəzi rayonunda, həmçinin Sayama, Yamanaşi, Naqano, Toçiqi, İbaraki, Çiba və Kanaqava prefekturalarının bir sıra ərazilərində qar yağması ilə bağlı xəbərdarlıq elan edilib, - “RİA Novosti” yazır.

“Tokyo Electric Power”-ın məlumatına görə, Tokio prefekturasında və qonşu Kanaqava və Sayamada 1,8 minə yaxın ev işıqsız qalıb.

​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN