booked.net booked.net  

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

TEZADLAR.AZ xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.

Onun beyninə qan sızdığı bildirilir.

Qeyd edək ki, bəstəkarın vəziyyəti ilə bağlı xəbəri rejissor Ramiz Mirzəyev (Həsənoğlu) məlumat yayıb.

O, Cavanşir Quliyevin xanımına istinad edərək bildirib ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN