Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Avropa İttifaqı və NATO-nun hərəkətləri Ukraynada münaqişənin genişlənməsinə gətirib çıxarır.

Bu barədə RT məlumat yayıb.

Fikoya görə, Qərb liderləri öz çıxışlarında daim “sülh” deyil, “müharibə” sözünü xatırladırlar. Eyni zamanda, Slovakiyanın baş naziri əmindir ki, Ukrayna münaqişəsi hərbi yolla həll edilə bilməz.

O, həmçinin əlavə edib ki, xarici hərbi personalın Ukraynaya mümkün göndərilməsi Rusiyanın güzəştə getməsinə səbəb olmayacaq, əksinə, münaqişəni daha da gərginləşdirəcək.

Xatırladaq ki, Fiko bundan əvvəl bəzi NATO ölkələrindən Ukraynaya hərbi personalın göndərilməsinin mümkünlüyünü açıqlamışdı. O, Slovakiyanın bu təşəbbüsə qoşulmayacağını vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN